Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanda sosial-iqtisadi inkişaf uğurla həyata keçirilir

0

  •          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan etibarən bir çox uğurlara imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasını ölkə başçısı İlham Əliyev layiqincə davam etdirməkdədir. İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı baxımından əhəmiyyətli olan iqtisadiyyatın inkişafı yenidən qurulmuşdur. Təhsil, səhiyyə, turizm, nəqliyyat, enerji və digər sahələr üzrə infrastruktur yenidən qurulmuş və imkanlar əvvəlki illərlə müqayisədə xeyli genişlənmişdir. 2004-cü ildən başlayaraq, hal-hazırda 4-cü proqram olmaqla Azərbaycanda regionların sosial-iqtisadi inkişafı “Dövlət proqramları “ həyata keçirilir. Proqram çərçivəsində bölgələrdə genişmiqyaslı quruculuq işləri aparılır. Ölkə başçısı İlham Əliyev bölgələrə tez-tez səfərlər edir ,səfərlər çərçivəsində bölgələrdə gedən quruculuq işlərinə nəzarət edir, aidiyyəti şəxslərə tapşırıqlar və tövsiyələr verir. Ölkə başçısının məqsədi Azərbaycanın bölgələrini inkişaf etdirmək, ölkəmizi gücləndirmək, insanların rifah halını yaxşılaşdırmaqdır. Bugün Qarabağın işğaldan azad olunmuş ərazilərində və Şərqi Zəngəzurda geniş abadlıq -quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərin bərpa olunması ön planda olan bir məsələdir. 30 il ərzində vəhşi ermənilərin viran qoyduqları rayonlarımızda artıq ölkə başçısının tapşırığı ilə bərpa işləri daha da sürətlənib. Artıq Ağalı və Talış kəndlərində həyat yenidən başlayıb. Keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaları, yenidən doğma ocaqlarında rahat yaşamaları bir daha sübut edir ki, Qarabağın bütün azad olunmuş torpaqlarının və Şərqi Zəngəzurun da əsl sahibləri tezliklə öz vətənlərinə qayıdaraq əbədi məskən salacaqlar. Hal-hazırda Prezidentin nəzarəti ilə Laçında, Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda və digər işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq quruculuq işləri, yolların çəkilməsi, binaların, fərdi yaşayış evlərinin, məscidlərin, xəstəxanaların, məktəblərin, sosial obyektlərin, aeroportların tikintisi ölkədə gedən sosial-iqtisadi inkişafın uğurla həyata keçirilməsinə əyani sübutdur. Prezidentin bu rayonlara mütəmadi səfərləri işlərin daha da sürətlənməsinə zəmin yaradır. İşğaldan azad olunmuş rayonlarımızla bərabər digər rayonların da inkişafı ölkə başçısının hər zaman diqqət mərkəzindədir. Bunun üçün tez-tez rayonlarda olur, yeni yolların, zavodların, sosial obyektlərin açılışında iştirak edir. 18 Aprel 2023-cü il tarixdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Neftçala və Salyan rayonlarında oldular. Səfər çərçivəsində əvvəlcə Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Ziyarətdən sonra Neftçala Olimpiya İdman kompleksinin, Neftçala Kürkənd 2 nömrəli Mayak avtomobil yolunun yenidən qurmadan sonra açılışında iştirak etdilər. Yenikənd kəndində nərə-damazlıq təsərrüfatında yaradılan şəraitlə tanış oldular. Daha sonra Heydər Əliyev Fondu tərəfindən inşa olunan Banka qəsəbə tam orta məktəbinin açılışında iştirak etdilər.Neftçala rayonundan sonra Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Salyan rayonuna səfər etdilər. Salyan rayonunda da Ulu Öndərin abidəsini ziyarət edərək, Salyan rayon mərkəzi xəstəxanasının doğum evi və uşaq poliklinikasında təmirdən sonra yaradılan şəraitlə tanış oldular. Sonra Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etdilər. Dövlət başçısı daha sonra Salyan rayonunda tikilən, sayca 25-ci mərkəz olan “Asan Xidmət “ mərkəzinin açılışını etdi. Burada Azərbaycan televiziyasına geniş müsahibə verərək bu səfərdən və gördüklərindən məmnun olduğunu bildirdi. Prezident İlham Əliyev müsahibə əsnasında işğaldan azad olunmuş ərazilərimizdə gedən işlər haqqında, Ermənistanla aparılan sülh danışıqları haqqında, Ermənistanda keçirilən Atletika yarışları zamanı bayrağımızın yandırılması ilə bağlı verilən sualları, Türkiyədən olan qalib qadın idmançılar haqqında verilən sualları cavablandırdı.Azərbaycanın brendi sayılan Asan Xidmət mərkəzləri vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşmasına xidmət edən bir mərkəzdir. İnanırıq ki, Azərbaycan sosial inkişaf yolunda daha da çox uğurlar əldə edəcək və tezliklə bu xidmət mərkəzləri Xocalıda, Xankəndində də fəaliyyət göstərəcək. Vəsilə Quliyeva,Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib42 dəfə
    Azərbaycanda sosial iqtisadi inkişaf uğurla həyata keçirilir

    Maraqlı gələ bilər
    42
    56
    50
    61